• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

HƏMAS lideri Pezeşkianla danışdı

DÜNYA

14 Iyul 2024 | 20:58 | Müəllif: Subhan Mahmudov

HƏMAS lideri Pezeşkianla danışdı

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərəkatın rəsmi Teleqram kanalında dərc olunmuş bəyanatında deyilir.

Haniyə telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun son bəyanatlarında Qəzza zolağında atəşkəs üçün yeni şərtlər irəli sürdüyünü bildirib.

HƏMAS Siyasi Bürosunun rəhbəri qeyd edib ki, İsrailin Xan Yunis və əl-Şati bölgəsinə son zərbələri HƏMAS və müqavimət qruplarının atəşkəs danışıqları ilə bağlı konstruktiv mövqeyinə baxmayaraq baş verib.

“Lakin Netanyahu son açıqlamaları zamanı tərəflərin vasitəçiliyi ilə ötürülən təkliflərində yer almayan yeni şərtlər irəli sürüb”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026