• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şoyqu və Volfoviç ələ keçirilmiş Qərb texnikasına baxdılar

DÜNYA

13 Avqust 2024 | 18:51 | Müəllif: Subhan Mahmudov

Şoyqu və Volfoviç ələ keçirilmiş Qərb texnikasına baxdılar

Rusiya və Belarus Təhlükəsizlik Şuralarının katibləri Sergey Şoyqu və Aleksandr Volfoviç "Army-2024" forumunda hərbi texnika sərgisinə baxış keçiriblər.

Bakıvaxtı.az Sputnik-ə istinadən xəbər verir ki, Şoyqu həmkarına xüsusi hərbi əməliyyat zamanı özünü effektiv şəkildə sübut edən texnikanın tam miqyaslı eksponatlarını nümayiş etdirib. Xüsusilə müasir tanklar, piyadaların döyüş maşınları, RYAS, hava hücumundan müdafiə vasitələri, döyüş helikopterləri eksponatların arasında yer alıb.

Bundan başqa, Şoyqu və Volfoviç xüsusi əməliyyat zamanı ələ keçirilmiş ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, İsveç, Ukrayna və digər ölkələrdə istehsal olunmuş texnika ilə tanış olublar.

Rusiya Federasiyasının və Belarusun Təhlükəsizlik Şuralarının katiblərinə robot texnikası və dron komplekslər nümayiş etdirilib.

Onlar Belarus, İran və Çinin milli sərgilərini də gəziblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026