“İranın və Avropanın şantajçı mövqeyi və onların dəstəklədiyi Ermənistan işğalçı dövləti Azərbaycanın suverenliyini qoruyanlara qarşı təxribatçı addımlar atılır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında deputat Fazil Mustafa bildirib.
“Biz burda hərbçilərimizin taleyini düşünməliyik. Əlahiddə xidmət edən şəxslərin bütün şikayətlərinin həlli istiqamətində addımlar atılmalıdır. Bu təbəqəni incidəcək heç bir hal olmamalıdır. Onların bütün təminatı nəzərə alınmalıdır. Yerlərdə buna önəm verilməlidir”, -deyə F.Mustafa bildirib.
Ramid İbrahimov
















