• Bakı 25° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Yol qəzasında həlak olan hərbçimiz dəfn olunub - YENİLƏNİB - FOTO

HADİSƏ

14 May 2022 | 22:56 | Müəllif: Subhan Mahmudov

Yol qəzasında həlak olan hərbçimiz dəfn olunub - YENİLƏNİB - FOTO

Füzulidə yol qəzasında vəfat edən hərbçimiz dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, baş gizir Zahid Səlimov Şamaxı rayonunda torpağa tapşırılıb.

 

***12:45

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə “Hunday” və VAZ markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb.

 


Yol qəzasında həlak olan hərbçimiz dəfn olunub - YENİLƏNİB - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026