• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Salyanda güclü külək - sakinlər işıqsız qaldı

HADİSƏ

13 Iyun 2022 | 22:17 | Müəllif: Subhan Mahmudov

Salyanda güclü külək - sakinlər işıqsız qaldı

Salyanda güclü külək bir sıra fəsadlar törədib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, külək Salyan şəhərində bir neçə ağaçı aşırıb. Əliağa Kürçaylı küçəsində aşan ağac yolun üzərinə düşdüyündən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Bununla yanaşı, təbii hadisə elektrik təsərrüfatına da ziyan vurub. Şəhərin H.Əliyev, Ə.Kürçaylı, T.Xəlilbəyli və N.Nərimanov küçələrinin sakinləri 2 saatdan çox işıqsız qalıb.

Küləyin aşırdığı ağaclar aidiyyəti qrumlar tərəfindən kəsilərək ərazidən uzaqlaşdırılıb, elektrik naqilləri isə təmir edilərək əhaliyə verilən elektrik enerjisi bərpa olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026