• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Oğuzda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

13 Iyul 2022 | 21:07 | Müəllif: Subhan Mahmudov

Oğuzda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Oğuz rayonunda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub. 

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə zamanı "Lada-Priora" markalı avtomobilin sürücüsü, rayonun Sincan kənd sakini, 1995-ci il təvəllüdlü Sahil Hafiz oğlu Əzimli, sərnişinləri - Sincan kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Bəyaz oğlu Əzimov, Bayan kənd sakinləri - 1990-cı il təvəllüdlü Oruc Rəhman oğlu Bayramov və 1991-ci il təvəllüdlü Nurlan Nazim oğlu İsmayılov xəsarət alıblar.

Onlardan üçü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir nəfər isə xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

20:31

Oğuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Lada-Priora” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026