• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda DƏHŞƏT: Kişi arvadının başını kəsdi - YENİLƏNİB

HADİSƏ

13 Iyul 2022 | 14:32

Azərbaycanda DƏHŞƏT: Kişi arvadının başını kəsdi - YENİLƏNİB

Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz rayonunun Hacıalılı kəndində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri, 1992-ci il təvəllüdlü Nicat Əhmədovun bibisi qızı olub.

Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

N.Əhmədova evdar qadın olub, əri isə gündəlik müzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.

Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (report)

*** 13:23

Tovuz rayonunda qadın əri tərəfindən qətlə yetirilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Əlibəyli kəndində qeydə alınıb.

Onun boğazı kəsilərək qətlə yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026