• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi vəzifəlilərin sayı bu qaydada müəyyənləşdiriləcək

CƏMİYYƏT

17 Yanvar 2024 | 13:03

Hərbi vəzifəlilərin sayı bu qaydada müəyyənləşdiriləcək

Toplanışlara cəlb edilən hərbi vəzifəlilərinin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində qeyd olunub.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib.

Qeyd edən ki, dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026