• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Hərbi xidmətdən qayıdan gənc itkin DÜŞDÜ

HADİSƏ

18 Iyun 2025 | 20:14 | Müəllif: Subhan Mahmudov

Hərbi xidmətdən qayıdan gənc itkin DÜŞDÜ

Cəlilabad rayon sakini itkin düşüb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidbazar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Əlişa Hüseynağa oğlu Mirzəyev ötən gün heç kimə xəbər vermədən evi tərk edib və bir daha geri qayıtmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Əlişa Mirzəyev bir neçə ay öncə hərbi xidmətdən tərxis olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR