• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Heydər Əliyev Fondu humanizm fondu kimi qəbul olunur

SİYASƏT

07 May 2024 | 11:22

Heydər Əliyev Fondu humanizm fondu kimi qəbul olunur

“Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Fondun yaradılması milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. Bu gün milyonların sevgisini qazanmış Fondun nailiyyətlərinin təməlində Fondun rəhbəri Mehriban xanım Əliyevanın böyük zəhməti və fədakarlığı dayanır. Onun humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir”.

S.Qafaroba qeyd edib ki, Fondun fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, 30 illik işğal dövründə dağıdılmış abidələrimizin bərpa edilməsi də əsas istiqamətlərdən biridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz işlər görüb.

“Fondun bir çox ölkələrdə şöbələri fəaliyyət göstərir. Bu gün Azərbaycanın yumşaq gücünü təcəssüm etdirən Heydər Əliyev Fondu humanizm fondu kimi qəbul olunur".

Spiker Milli Məclisin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanladığını da vurğulayıb.

Deputatlar sədrin təklifini yekdilliklə qəbul ediblər.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 May 2024