• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hikmət Hacıyev Edilli ilə bağlı paylaşım etdi

CƏMİYYƏT

05 Oktyabr 2022 | 08:15

Hikmət Hacıyev Edilli ilə bağlı paylaşım etdi

“Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə aşkar edilmiş daha bir kütləvi məzarlıqla bağlı tviter səhifəsində paylaşımında bildirib.

“Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir” - paylaşımda bildirilir.


Hikmət Hacıyev Edilli ilə bağlı paylaşım etdiHikmət Hacıyev Edilli ilə bağlı paylaşım etdiHikmət Hacıyev Edilli ilə bağlı paylaşım etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026