• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hikmət Hacıyev Mixail Boqdanov ilə görüşüb

SİYASƏT

24 Sentyabr 2024 | 14:16

Hikmət Hacıyev Mixail Boqdanov ilə görüşüb

Sentyabrın 23-də Bakıda Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini M.Boqdanov Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Ətraflı söhbət zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında konfidensial fikir mübadiləsi aparılıb. Fələstin-İsrail münaqişəsi zonasında və Livanın cənubunda hərbi-siyasi vəziyyətin inkişafı vurğulanmaqla Yaxın Şərqə xüsusi diqqət yetirilib.

    Bununla yanaşı Moskva və Bakının həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda sıx xarici siyasət koordinasiyasını davam etdirmək öhdəliyi təsdiqlənib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR