q
  • Bakı 10° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Hikmət Hacıyev Qriqoryanla panel müzakirədə iştirak edəcək

SİYASƏT

21 Aprel 2026 | 09:37

Hikmət Hacıyev Qriqoryanla panel müzakirədə iştirak edəcək

Aprelin 22-də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanın Delfi şəhərində keçiriləcək İqtisadi Forumda iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, Armen Qriqoryan beynəlxalq tədbir çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə “Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlılığın artırılması” adlı panel müzakirəsində iştirak edəcək.

Müzakirələrə Yunanıstan baş nazirinin milli təhlükəsizlik müşaviri Tanos Dokos və Moldova prezidentinin milli təhlükəsizlik müşaviri Stanislav Sekrieru də qatılacaq.


SON XƏBƏRLƏR

20 Aprel 2026