• Bakı 22° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Yuri Qusev Azərbaycana təşəkkür edib

SİYASƏT

20 Aprel 2026 | 19:50 | Müəllif: Subhan Mahmudov

Yuri Qusev Azərbaycana təşəkkür edib

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyində olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.

"Keçən il Tokioda UMAC zamanı (Ukraine Mine Action Conference 2025) imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o qeyd edib.

Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026