q
  • Bakı 10° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

"Müğənnilik qadın sənəti deyil" - Xanım müğənni

ŞOU

21 Aprel 2026 | 09:57

Müğənnilik qadın sənəti deyil - Xanım müğənni

"Bu sənət çox çətindir. Əsasən də qadın üçün. Bu sənət qadın üçün deyil, kişi üçündür. Əvvəllər deyirdilər ki, toyda qadınlar oxumaz. Deyirdilər, filan toyda qadın müğənni var. Camaata qəribə gələrdi ki, qadın müğənni var? O vaxt toyları kişilər oxuyardı".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günə uğurla" verilişində deyib.

Müğənni toyda ifaçılıq etməyi xanımlara yaraşdırmadığını bildirib:

"Deyirlər, toy müğənnisi. Bu sözü işlədənlər insanlıqdan uzaq adamlardır. Biz hamımız bir ölkənin övladlarıyıq. Başqa yerdən qazanc yoxdur. Bizim bazar balacadır. Başqa ölkədə hərənin bir sistemi var. Kimi disk, kimi konsertdən qazanc götürür. Ya gərək atandan milyonlar qala ki, toya getməyəsən, ya ayrı biznesin ola. Mənim isə heç biri yoxumdur. 700 mahnı yazdırmışam: vətənpərvər, xalq, bəstəkar, klassik mahnılar var. Toya getməsəm, bunları necə yazdıra bilərdim?"/Axşam.az


SON XƏBƏRLƏR

20 Aprel 2026