q
  • Bakı 12° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

DÜNYA

20 Aprel 2026 | 19:26

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya XİN-in X platformasındakı səhifəsində məlumat verilib.

Məlumatda səfirin nazirliyə çağırılmasının Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri ilə bağlı olduğu qeyd edilib. “Rusiyanın Almaniya ərazisindəki hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya göstərdiyimiz dəstəyi zəiflətmək və həmrəyliyimizi sınağa çəkmək cəhdidir. Cavabımız qətidir: biz hədələr qarşısında geri çəkilməyəcəyik. Bu cür təhdidlər və Almaniyada həyata keçirilən istənilən casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir”, - deyə məlumatda bildirilib.


SON XƏBƏRLƏR