• Bakı 23° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Tanınmış triatlonçu boğularaq öldü

ŞOU

20 Aprel 2026 | 23:06 | Müəllif: Subhan Mahmudov

Tanınmış triatlonçu boğularaq öldü

Braziliyalı triatlonçu Mara Flaviya Araujo ABŞ-nin Texas ştatında keçirilən “Ironman” yarışında üzgüçülük mərhələsi zamanı həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, faciə Vudlends gölündə baş verib.

Təşkilatçılar Araujonun yoxa çıxmasını səhər saatlarında biliblər. İdmançının meyiti təxminən 3 metr dərinlikdən tapılıb.

Qeyd edək ki, 38 yaşlı idmançı triatlonla 2019-cu ildən məşğul olmağa başlayıb. O, 2022-ci ildə “Triatlo Brasilia” yarışında üçüncü yeri tutub, iki dəfə “GP Brasil”in qalibi olub və iki dəfə “Ironman 70.3” dünya çempionatına vəsiqə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR