• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hikmət Mirzəyevin evinə oğru girdi - Külli miqdarda ziyan dəyib

HADİSƏ

12 Dekabr 2021 | 17:45

Hikmət Mirzəyevin evinə oğru girdi - Külli miqdarda ziyan dəyib

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.

Bakıvaxtı.az bakupost-a istinadən xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib.

Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.

Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026