Lənkəran rayonunun Vilvan kəndində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli inzibati binada (hazırda fəaliyyət göstərmir) yanğın olub.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın tavanı və dam örtüyü 35 kvadratmetr sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















