• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hind müğənni Lata Manqeşkar vəfat etdi

MƏDƏNİYYƏT

06 Fevral 2022 | 09:40

Hind müğənni Lata Manqeşkar vəfat etdi

Bu gün səhər Hindistanın məşhur müğənnisi Lata Manqeşkar 92 yaşında vəfat edib.

Bakıvaxtı.az-ın NDTV telekanalına istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxan müğənni fevralın 1-də yerləşdirildiyi Mumbaidəki klinikada həyatını itirib.

Lata Manqeşkar Bollivudun 1950-1970-ci illəri əhatə edən “qızıl əsri”nin əfsanəvi simvollarından biri sayılır. Onu Hindistanda “Hindistanın bülbülü”, “Musiqinin kriliçası” adlandırıblar.

Müğənninin bir çox məşhur filmlərdə mahnıları səsləndirilib. Bunların sırasında “Avara” (1951), “Cənab 420” (1955), “Bobbi” (1973), “İntiqam və qanun” (1975), “Qanq, sənin suların bulanıqdır” ” (1985) və digərləri var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR