• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Horadiz-Ağbənd istiqamətində işlərə başlanılıb” - Natəvan Bayramova

CƏMİYYƏT

18 May 2021 | 13:01

“Horadiz-Ağbənd istiqamətində işlərə başlanılıb” - Natəvan Bayramova

Hazırda işğaldan azad olunmuş rayonlardan Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, barədə Azvision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib.

Qurum rəsmisi deyib ki, Bərdə-Ağdam istiqamətlərində də işlərin həyata keçirilməsi nəzərdə tutulub:

“Hazırda bütün dövlət qurumlarda, o cümlədən bizdə əsas prioritet işğaldan azad olunmuş ərazilər üzrə layihələrə başlamaqdır. Bu işlər mərhələli şəkildə həyata keçiriləcək".

N.Bayramova qeyd edib ki, sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb. "Ermənilər tərəfindən törədilmiş vandalizm aktları qarşısında bu cümlə çox yumşaqdır. Məsələn, Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə əvvəllər mövcud olmuş dəmiryol yatağının olması bilinmir. Aparılan işlərə uyğun olaraq işğaldan əvvəl mövcud olmuş yolların bərpası, zərurət yaranarsa, layihələndirmə işləri həyata keçirilə bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026