• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirib

DÜNYA

16 Avqust 2021 | 17:32

Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirib

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılığı ilə Əfqanıstandakı son vəziyyətin müzakirəsi üçün müşavirə keçirilib.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, müşavirə videokonfrans formatında gerçəkləşdirilib.

Müşavirədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz, həmçinin Əfqanıstandakı Türkiyə hərbi missiyasının komandanı iştirak edib.

Bildirilib ki, Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir. Əfqanıstandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hadisələrin inkişafının izləndiyi vurğulanıb.


Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçiribHulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026