Dünya futbolunun kralı Pele avqustun sonunda yerləşdirildiyi San-Paulodakı özəl klinikanın reanimasiya şöbəsindən palataya köçürüldü.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd edək ki, avqustun 30-da Pele San-Paulodakı Albert Einşteyn adına özəl klinikasına qəbul edilib. Daha sonra 80 yaşlı keçmiş forvard klinikaya müraciətin koronavirus pandemiyası səbəbindən təxirə salınmış rutin müayinədən keçməyin lazım olduğunu bildirib. Sentyabrın 6-da braziliyalı bağırsağında əmələ gələn şişin götürülməsi üçün əməliyyat olunub.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















