• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İcra Hakimiyyətində İNTİHARA CƏHD - Polislər xəsarət aldı (YENİLƏNİB)

HADİSƏ

10 Fevral 2022 | 11:35 | Müəllif: Qalib İbrahimoğlu

İcra Hakimiyyətində İNTİHARA CƏHD - Polislər xəsarət aldı (YENİLƏNİB)

Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 9-u saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.

 

*** 09.02.2022 17:40

Goranboyda gənc özünü yandıraraq intihara cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon İcra Hakimiyyətində qeydə alınıb. Goranboy rayon sakini, 1996-cı il təvəllüdlü Həsənov Sərdar Rüstəm oğlu şikayət üçün üz tutduğu ünvanda özünü yandıraraq intihara cəhd edib.

Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan gənc təcili xəstəxanaya çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026