• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İcra hakimiyyətlərinin “sevimli” şirkəti yenidən qalib oldu 

CƏMİYYƏT

28 Iyun 2022 | 16:33

İcra hakimiyyətlərinin “sevimli” şirkəti yenidən qalib oldu

Astara Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə müqavilə bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müqavilə Astara rayonunda yolların əsaslı təmirini nəzərdə tutur. Müqavilənin məbləği 534 min 184 manatdır.

Qeyd edək ki, “Elnur-2” şirkətinin adı daha çox tender əməliyyatlarında çəkilir. Şirkət əsasən cənub rayonlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.

Sözügedən şirkət keçən il avtomobil yollarının təmiri işlərinin satınalınması üzrə Lerik rayon İcra Hakimiyyətinin 809 min manatlıq tenderin, Yardımlı rayon İcra Hakimiyyətinin 739 min 068 manatlıq tenderin, Cəlilabad rayon İcra Hakimiyyətinin 504 min 662 manatlıq tenderin, Masallı rayon İcra Hakimiyyətinin isə abadlıq işlərinin satınalınması üzrə 628 min 450 manatlıq tenderin qalibi olub.  

“Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 manat şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. “Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026