• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İctimai yerlərdə aşkar edilən 4 COVID xəstəsinə cinayət işi açıldı

HADİSƏ

16 Sentyabr 2021 | 12:39

İctimai yerlərdə aşkar edilən 4 COVID xəstəsinə cinayət işi açıldı

Sentyabrın 15-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR