• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DYP-dən Nərimanovdakı yanğınla əlaqədar vətəndaşlara MÜRACİƏT

HADİSƏ

16 Oktyabr 2021 | 10:21

DYP-dən Nərimanovdakı yanğınla əlaqədar vətəndaşlara MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib.

İdarədən Bakıvaxtı.az-a bildirilib ki, yanğınla əlaqədar olaraq Ağa Nemətulla, Təbriz küçələrinin kəsişməsində və Fətəli Xan Xoysi küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.

"Vətəndaşlara müraciət edirik ki, qeyd edilən ərazilərə şəxsi minik vasitələri ilə hərəkət etməsinlər. Həmin istiqamətlərdəki yollar yanğının fəsadlarının aradan qaldırılmasına qədər bağlı olacaq", - DYP-dən məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026