• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki mikroavtobus toquşdu - Xəsarət alanlar var

HADİSƏ

25 Aprel 2023 | 11:04

İki mikroavtobus toquşdu - Xəsarət alanlar var

Bakı-Qazax magistralının Ucar rayonunun Alpı kəndindən keçən hissəsində yol qəzası baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, Bakı-Tovuz xətti ilə sərnişin daşıyan, Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusu sərnişin götürmək məqsədi ilə yol kənarında saxlayıb.

Bu zaman Mingəçevir rayon sakini, 1986-cı il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə etdiyi eyni markalı mikroavtobus Nizami Məmmədovun idarə etdiyi avtomobilə çırpılıb.

Nəticədə Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Rəşad Həmid oğlu Həmidov və Mingəçevir rayon sakini, 1965-ci il təvəllüdlü Ramiz Şakir oğlu Mollakişiyev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026