• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə vətəndaşı Kürdəmirdə qəzaya düşdü

HADİSƏ

25 May 2023 | 09:35

Türkiyə vətəndaşı Kürdəmirdə qəzaya düşdü

Kürdəmir rayonunda Türkiyə vətəndaşı qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən "VAZ-21011" markalı avtomobillə toqquşub.

Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026