Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündə deyib.
O, İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd edib.
Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin Azərbaycanda rahat yaşadıqlarını bildirib.