• Bakı 14° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İlham Əliyev Ərdoğana zəng etdi: Suriya məsələsi müzakirə olundu - YENİLƏNİB

SİYASƏT

10 Dekabr 2024 | 18:21

İlham Əliyev Ərdoğana zəng etdi: Suriya məsələsi müzakirə olundu - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

Dövlətimizin başçısı Prezident Rəcəb Təyyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.

Preziden Rəcəb Təyyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

16:24

Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev arasında telefon danışığı olub.

Bakıvaxtı.az bu barədə "HaberGlobal"a istinadla xəbər verir.

Məlıumata görə, telefon danışığında Suriyada baş vermiş son hadisələr müzakirə edilib.

Görüş zamanı prezident Ərdoğan Türkiyənin Suriyada daimi sabitliyin bərqərar olması üçün Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

18 Aprel 2025