• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İlham Əliyev Koreyanın yeni Prezidentini təbrik etdi

SİYASƏT

14 Mart 2022 | 16:40

İlham Əliyev Koreyanın yeni Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Yun,

Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR