• Bakı 25° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Prezidentdən Ağalı sakinlərinə XOŞ XƏBƏR

SİYASƏT

13 Aprel 2022 | 00:58 | Müəllif: Qalib İbrahimoğlu

Prezidentdən Ağalı sakinlərinə XOŞ XƏBƏR

“Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.

Prezident qryd edib ki, Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq: "Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.

“Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq”, - Prezident vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026