• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyev Pakistana səfərə dəvət olunub

SİYASƏT

12 Oktyabr 2022 | 20:45 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Pakistana səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Pakistana səfərə dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Pakistanın Baş naziri Şahbaz Şərifin oktyabrın 12-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirilib.

Dövlət başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.

Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.

Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026