• Bakı 23° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

SİYASƏT

23 Dekabr 2021 | 20:03 | Müəllif: Qalib İbrahimoğlu

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizinlə ümumi dəyərlər və qarşılıqlı hörmət ruhunda əməkdaşlığa böyük əhəmiyyət verirəm. Həm dövlətlərarası, həm şəxsi münasibətlərimizin yaxınlığı Qoşulmama Hərəkatının 60 illik yubileyinin qeyd olunması ilə bağlı birgə təşkilatçılıqda bir daha təsdiqləndi. Mənə çox xoşdur ki, Siz çıxışınızda beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyinə dair məsələləri xüsusi qeyd etdiniz. Bu mənada mən Kosovonun birtərəfli qaydada elan etdiyi müstəqilliyi tanımamaqla bağlı qəti mövqeyinizə, həmçinin beynəlxalq təşkilatlarda bu məsələ ilə əlaqədar Serbiyanı dəstəklədiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Serbiya da öz növbəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir və Qarabağ probleminin tənzimlənməsini alqışlayır.

Hörmətli cənab Prezident, Azərbaycanla strateji tərəfdaşlıq Serbiya üçün böyük əhəmiyyət kəsb edir. Coğrafi məsafəyə baxmayaraq, bizim ölkələrimizi və xalqlarımızı ənənəvi dostluq və tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsi üçün böyük potensial birləşdirir. Serbiya əlaqələrin daha da möhkəmlənməsinə qəti şəkildə sadiqdir. Ona görə də ümid edirəm ki, Azərbaycan ümumi məqsədlərin reallaşmasında gələcəkdə də bizim etibarlı tərəfdaşımız olaraq qalacaqdır.

Zati-aliləri, yeni görüşlər ümidi ilə xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz".

*** 20:00

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz".

*** 19:58

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Siz bu yubiley gününü haqlı olaraq öz xalqınızın tanınmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərə və beynəlxalq arenada nüfuzunun artırılmasına tarixi töhfə vermiş lideri kimi qarşılayırsınız.

Əminəm ki, Azərbaycan Sizin strateji kursunuzla bundan sonra da dayanıqlı inkişaf yolu ilə irəliləyəcək, güclü və firavanlaşan dövlət quruculuğu işində yeni zirvələr fəth edəcək.

Qazaxıstanda Sizin Qazaxıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndirir və iki ölkə arasında çoxillik dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq tellərinin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verirlər.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə məsul dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram".

*** 17:48

Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adindan Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb.

Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Qarabağın işğaldan azad olunması Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, qətiyyətiniz, son məqsədə çatmağa olan qəti inamınız sayəsində əldə edilib.

Sizin xaricdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinə verdiyiniz qiyməti yüksək dəyərləndiririk. Biz ABŞ-da fəaliyyətimizi daha da səmərəli təşkil edərək Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaqda davam edəcəyik, buradakı mənfur erməni diasporuna qarşı informasiya mübarizəmizi daha da kəskinləşdirəcəyik.

Fürsətdən istifadə edərək, möhtəşəm Qələbə münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Yubileyiniz Mübarək Olsun!

Dərin hörmətlə,

Samir Novruzov

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin üzvü,

ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri,

Adika İqbal

Azərbaycan Dostluq Təşkilatının prezidenti,

Aytac Qasımova

Şimali Amerika Azərbaycan Gənclər Assosiasiyasının prezidenti,

Əsmər Qarayeva

Yuta Azərbaycan İcmasının sədri,

Ercan Yerdelenli

Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti,

Esmira Bayramova

Florida Azərbaycan Amerika Cəmiyyətinin sədri,

Günel Rallis

Minnesota Azərbaycan Assosiasiyasının prezidenti,

Cəmilə Cavadova-Spitzberq

Azərbaycan Amerika Musiqi Fondunun icraçı direktoru,

Mehriban Məmmədova və Fərid Məmmədov

Midvest Amerika Azərbaycan Mərkəzinin prezidenti, vitse-prezidenti və həmtəsisçiləri,

Minəvvər Vahabova

Nyu-York Azərbaycan Amerika Qadın Assosiasiyasının prezidenti,

Nərgiz Əliyarova

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin sədri,

Telman Cəlil

Azərbaycan Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri,

Töhfə Eminova

Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının prezidenti”

***

17:02

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident,

Zati-alinizi əlamətdar yubiley - təvəllüdünüzün 60 illiyi münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə fövqəladə səylərinizə Uca Yaradandan uğurlar diləyirik.

Cənabınız ömrünün müdriklik məqamına elə bir möhtəşəm Qələbə ilə yetişmişdir ki, bu, dünya miqyasında hər bir dövlət xadiminin arzu etdiyi yüksəklikdir. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk olunacaq hadisə miqyasına malikdir. Vətənimizin, regionumuzun gələcəyi üçün bu Zəfərin dəyəri misilsiz, dünyanın inkişaf istiqamətləri baxımından taleyüklüdür.

Azərbaycan torpaqlarının işğaldan azad edilərək ərazi bütövlüyünün bərpası yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnamələrinə həkk oldu. Uca Yaradanın Lütfü ilə Siz Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq birliyinə əsaslanan müdrik siyasətinizlə Azərbaycanın haqq işinin qələbəsini təmin etdiniz. Azərbaycan xalqına Vətən müharibəsində böyük Zəfər yaşatmış müzəffər sərkərdə - Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ömrünüzün əlamətdar mərhələsində bu sevinc və şərəfi ən çox haqq edən məhz Zati-alinizdir.

Biz fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Qarabağ Zəfərinin müəllifi, Azərbaycan xalqının böyük oğlu, müdrik dövlət rəhbərimiz - Zati-alinizin qətiyyəti sayəsində dövlət bayrağımız azad Qarabağda dalğalandı, məscidlərimizin minarələrindən azan səsləri ucaldı, işğal dövründə vandalizmə məruz qalmış dini məbədlərimiz əsarətdən qurtuldu.

Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir. Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan lider qismət olmuşdur. Böhranları üstələyə biləcək iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi dəyərləri ilə tanınan Azərbaycan gerçəkliyi dünyanın diqqətindədir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri - dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati- alinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır. Azərbaycanın dövlət rəhbəri olaraq təvəllüd gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın fatehi, Ali Baş Komandan olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbət, dərin etimad və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman Zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi - Azərbaycan dövlətinin müstəqbəl dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndirən nüfuzlu din xadimlərinin, o cümlədən Şimali Qafqaz müftilərinin şanlı yubileyiniz münasibətilə səmimi təbrik və xoş arzularını Zati- alinizə çatdırmaqdan məmnunluq duyuruq.

O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Müfti Salman Musayev

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri

***

16:36

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiyanın Xalq rəssamı Zurab Sereteli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz parlaq diplomat və rəhbər, yüksək daxili mədəniyyətə malik bir insan kimi Azərbaycan Respublikasının inkişafına və XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfə verirsiniz.

Siz Azərbaycan Respublikasında mədəniyyətin və incəsənətin inkişafına dair proqramlara ciddi dəstək verirsiniz. Bu, bir rəssam kimi mənim nəzərimdə xüsusi əhəmiyyət kəsb edir. Atanız, hər zaman mədəniyyət və incəsənət xadimlərinə səmimi rəğbət bəsləmiş görkəmli dövlət xadimi, unudulmaz Heydər Əliyevin adını daşıyan, müasir Azərbaycan mədəniyyətinin rəmzi sayılan Mərkəz çox cəhətdən Sizin səyləriniz sayəsində yaradılıb.

Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual bədii layihələrinə və beynəlxalq fəaliyyətinə göstərdiyiniz diqqətə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə dair birgə təşəbbüsləri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə öz ehtiramımı, dəyərli fəaliyyətinizin bütün sahələrində uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq arzularımı bildirməyə ürəkdən şadam".

***

15:19

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə yüksək nailiyyətlər əldə edərək beynəlxalq aləmdə nüfuzunu artırmış və regionda sülhün, tərəqqinin və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir.

Əminəm ki, Zati-alinizin apardığı təmkinli və ardıcıl fəaliyyət sayəsində azad edilmiş əzəli Azərbaycan torpaqlarında vaxtilə dağıdılmış, məhv edilmiş türk mədəni və tarixi irsi, mədəniyyət və incəsənət ocaqları çox qısa müddətdə bərpa edilərək Azərbaycan xalqının istifadəsinə veriləcək və Qarabağ torpağı yeni dahilər yetişdirib dünya mədəniyyətinə bəxş edəcəkdir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-a daim göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə minnətdarlığımı bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

***

15619

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz İlham Heydər oğlu,

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin 60 yaşınız hələ cavanlıqdır. Mən bunu asanlıqla isbat edə bilərəm. Hamıya məlumdur ki, bu yaxınlarda 30 illiyini qeyd etmiş müstəqil Azərbaycan gənc dövlətdir. Deməli, əgər 30 yaş cavanlıqdırsa, onda 60 yaş ikiqat cavanlıqdır.

Bu zarafatda həqiqət çoxdur. Ona görə ki, Siz həqiqətən gəncsiniz. Gördüyünüz hər işdə cəsarət və enerji buna sübutdur.

Əziz dostum, mənim ikiqat gənc dostum, Sizə tükənməz enerji arzu edirəm. Bu enerji Sizə atanızın layiqli oğlu kimi onun başladığı işləri sona çatdırmaq və xalqının sədaqətli oğlu kimi bu xalqın böyük gələcəyini qurmaqda davam etmək üçün lazımdır”.

***

13:16

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının Lideri kimi Sizin çoxillik səmərəli fəaliyyətiniz haqlı olaraq nüfuz və hörmət qazanıb. Müasir Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində qazanılmış bütün möhtəşəm nailiyyətlər Sizin adınızla sıx bağlıdır.

Sizin atanız Heydər Əlirza oğlu Əliyevin yürütdüyü siyasət sayəsində dövlətinizin gələcək inkişafı üçün möhkəm təməl yaradılıb. Sizin rəhbərliyinizlə ölkəniz beynəlxalq münasibətlər sistemində layiqli yer tutur.

Dağıstanda Azərbaycan Respublikası ilə tarixən yaranmış çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirlər.

Bizim böyük şair Rəsul Həmzətovun yazdığı kimi:

Bakı, Bakı, baş əyirəm qarşında,

Qardaş kimi əllərini sıxıram,

Xəzərin dalğalı pıçıltısında,

Dostluq nəğməsini mən dinləyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq diləyir, Yeni ildə ən xoş arzularımı çatdırıram".

***

13:07

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Ali dövləti vəzifədə çoxillik fəaliyyətiniz, əldə etdiyiniz genişmiqyaslı iqtisadi nəticələr və strateji siyasi nailiyyətlər Sizə həm doğma ölkənizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Bu gün müşahidə olunan ümumi qeyri-sabitlik fonunda Azərbaycanın müəyyən etdiyiniz uzunmüddətli hərtərəfli inkişaf xətti ilə inamla irəliləməsi və sabitlik nümayiş etdirməsi şəksiz olaraq Sizin xidmətinizin və qurucu fəaliyyətinizin sanballı nəticəsidir.

Qoy doğma ölkənizə səmimi sevginiz və dərin sədaqətiniz bundan sonra da Sizin fəaliyyətinizin hərəkətverici qüvvəsi və Azərbaycan Respublikasının rifahı naminə nəzərdə tutduğunuz bütün planlarınızın həyata keçirilməsinin rəhni olsun! Sizə səmimi qəlbdən hər bir işinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür və tükənməz enerji arzu edirəm.

Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının mənafeyi və ümumi sülh naminə qardaş xalqlarımız arasında ticari-iqtisadi və humanitar əlaqələr daim genişlənəcək.

Sizə və yaxınlarınıza dərin hörmət hissi ilə xoşbəxtlik diləyirəm”.

***

13:02

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz haqlı olaraq Azərbaycanın tanınmış lideri, həm də dünya siyasətində parlaq simasınız. Sizin rəyiniz və mövqeyiniz ən mühüm regional problemlərin həllində müəyyənedici rol oynayır.

Sizin yüksək intellektual potensialınız, təfəkkür genişliyiniz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik dəyişən müasir reallıqlar şəraitində optimal həllər tapmağınıza imkan verir.

Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyatının keyfiyyətinin yaxşılaşdırılması Sizin məsul dövlət vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləridir. Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs isə ölkənizin beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır.

Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi məkanında tərəfdaş kimi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və doğma Azərbaycanın rifahı naminə işinizdə uğurlar arzulayıram".

***

12:53

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin adınız öz qanuni hüquqlarını qoruyan, haqlı olaraq beynəlxalq arenada layiqli yer tutan Azərbaycanın ən yeni tarixinin ayrılmaz hissəsidir. Sizin rəhbərliyinizlə yürüdülən ardıcıl, ölçülüb-biçilmiş xarici və daxili siyasət Azərbaycan Respublikasının nüfuzunun durmadan artmasına, onun mövqelərinin möhkəmlənməsinə imkan yaradır.

Çoxillik siyasi təcrübəniz, fədakar əməyiniz, yüksək peşəkarlığınız, məsuliyyətli fəaliyyətiniz və qətiyyətli qərarlarınız sayəsində ölkənin müasir simasını formalaşdırmış bir sıra vacib dəyişikliklər həyata keçirilmiş, onun milli maraqlarının hərtərəfli müdafiəsi təmin edilmiş, Azərbaycan xalqının rifahı naminə ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrdə səmərəli nəticələr əldə edilmişdir.

Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışdığınız müddətdə Vətənə sədaqətlə xidmətin parlaq nümunəsini göstərmiş, milyonlarla həmvətəninizin səmimi hörmətini qazanmış, həmçinin xaricdə də böyük nüfuz sahibinə çevrilmisiniz.

Tam əminliklə demək olar ki, 2021-ci ildə 20 yaşı tamam olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) birgə səylər sayəsində güclü transregional təşkilat kimi geniş beynəlxalq nüfuz qazanmışdır. Təşkilatın fəaliyyətinə Sizin şəxsi diqqətiniz, onun Katibliyinin işində fəal iştirakınız, dialoq üzrə tərəfdaş qismində Azərbaycanla qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi ŞƏT-in gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ölkənin rifahı naminə yeni müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayım".

***

12:44

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,

Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionumuzda sabitlik və əmin-amanlıq amili olaraq beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş və regional siyasətin formalaşdırılmasında strateji dövlətə çevrilmişdir.

Eyni zamanda qardaş Azərbaycanın, habelə bütün türk dünyasının tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə regionumuzda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur.

Qarabağın işğaldan azad edilməsi yolunda göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə təşkilatımızın İstanbulda keçirilmiş VIII Zirvə görüşündə dövlət başçıları tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyinizi qardaş xalqlarımız türk dövlətlərinin Azərbaycanla birlik və həmrəyliyinin bariz numunəsi kimi böyük rəğbətlə qarşılamışlar.

Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının yaradılması və daha da gücləndirilməsində mühüm rol oynadığını bir daha qürurla vurğulayaraq qeyd etmək istərdim ki, sədrliyiniz dövründə türk dövlətləri arasındakı əməkdaşlıq yeni müstəviyə yönəlmiş və təşkilatımız regionda daha da cəlbedici platformaya çevrilmişdir.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram".

***

12:04

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, cənab Prezident,

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Bu il həm Sizin üçün, həm də bütövlükdə Azərbaycan üçün əlamətdar bir il oldu. Ölkəniz işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin yenidən öz normal həyatlarına qayıtmaları, iqtisadi fəaliyyətlərini bərpa etmələri üçün şəhərlərin, yaşayış məntəqələrinin, oradakı tarixi abidələrin bərpası və yenidən qurulması kimi çətin, lakin fərəhləndirici fəaliyyətə başladı. Artıq Şuşaya həyat qayıdır. Sizinlə birgə həmin ərazilərdə gəzərkən qazandığınız tarixi nailiyyətlərə, həyata keçirilən yenidənqurma işlərinə şahidlik etmək, eləcə də regionun gözəl təbiəti ilə tanış olmaq imkanı əldə etdik.

Pandemiya səbəbindən hələ də davam edən çətinliklərə baxmayaraq, bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ailəsi üzvlərinin iştirakı ilə Qlobal Bakı Forumunun müvəffəqiyyətlə keçirilməsi bizi çox sevindirdi. Ümid edirik ki, gələn il keçiriləcək forum bundan da uğurlu olacaq. Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz yüksək inam və etimada, həmçinin davamlı böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Zati-aliləri Sizi doğum gününüz və Yeni il münasibətilə bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik diləyirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR