ABŞ-ın bəzi bölgələrində son 40 ildə yaşanmayan soyuq hava şəraiti müşahidə olunacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ Milli Hava Xidməti bu barədə xəbərdarlıq edib. Xəbərdarlıqda əhali nəsildə bir dəfə baş verəcək çovğuna hazır olmağa çağırılır.
Milli Hava Xidməti (NOAA) Milad tətili üçün səyahət etməyi planlaşdıranlara xəbərdarlıq edərək, ölkənin bəzi bölgələrində son 40 ildə yaşanmayan soyuq hava şəraitinin yaxınlaşdığını bildirib.
NOAA qeyd edib ki, "nəsildə bir dəfə" görüləcək qədər nadir olan böyük çovğun və soyuq dalğa ABŞ-ın demək olar, bütün ştatlarına təsir edəcək.
Meteoroloji xidmət ilin ən sıx səyahət planları zamanı "güclü qarın səyahəti çox çətin və qeyri-mümkün edə biləcəyinə" işarə edib.
Yaxınlaşan pis hava şəraiti səbəbiylə United American və Delta Airlines kimi şirkətlər də ölkə daxilində onlarla istiqamətə uçuşları ləğv etdiklərini açıqlayıblar.
Bundan əlavə, soyuq havanın təsiri ilə baş verəcək fırtınanın ölkənin Kanada sərhədində Böyük Göllər bölgəsində 3-cü kateqoriya qasırğasının təzyiqinə bərabər olacağı paylaşılıb.
NOAA-nın məlumatlarına görə, soyuq hava şəraitinin Texas-Meksika sərhədinə qədər uzanacağı proqnozlaşdırılır, ölkənin orta qərb hissəsi isə Milad həftəsi boyunca davam edəcək fırtına və qar yağışından çox təsirlənəcək.
Ay Tac















