• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

“İlk görüşdən möcüzə gözləmək olmaz” - Çavuşoğlu

DÜNYA

10 Mart 2022 | 15:23

“İlk görüşdən möcüzə gözləmək olmaz” - Çavuşoğlu

Belə müharibələrin qalibi yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, həm Rusiya, həm də Ukrayna görüşdə Türkiyə tərəfinin iştirakını istəyib.

XİN başçısı atəşkəsə ehtiyac olduğunu, humanitar dəhlizlərin açıq saxlanılmasının vacibliyini vurğulayıb.

“Görüşdə Mariupolda humanitar dəhlizin açılmasını müzakirə etdik. Bir görüşdən möcüzə gözlənilməməlidir, bu başlanğıcdır. Ukrayna tərəfi Zelenskinin görüşə hazır olduğunu bəyan etdi”, - Çavuşoğlu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026