Avropa İttifaqı (Aİ) diplomatik missiyasını Kiyevə qaytarır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, bununla bağlı qərar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Kiyevə səfəri zamanı verilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başladıqdan sonra Aİ-nin Kiyevdəki diplomatik missiyası Polşanın Rzeşov şəhərinə köçürülmüşdü.
















