• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Müharibə Ukraynada 176 uşağın həyatına son qoyub

DÜNYA

09 Aprel 2022 | 11:07 | Müəllif: Subhan Mahmudov

Müharibə Ukraynada 176 uşağın həyatına son qoyub

"Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 176 uşaq ölüb, 324 uşaq isə yaralanıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 500-dən çox uşaq xəsarət alıb.

Qeyd olunub ki, aprelin 8-də Donetskin Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 5 uşaq ölüb, 15-i yaralanıb.

Baş Prokurorluqdan vurğulanıb ki, uşaqlar daha çox Donetsk (102 nəfər), Kiyev (91), Xarkov (76), Çerniqov (50), Nikolayev (40), Luqansk (35), Zaporojye (35), Xerson (29) vilayətlərində, Kiyev (16), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR