• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski: "Müharibəni yalnız Putin dayandıra bilər"

DÜNYA

09 Aprel 2022 | 12:33 | Müəllif: Subhan Mahmudov

Zelenski: "Müharibəni yalnız Putin dayandıra bilər"

"Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Çünki müharibəni yalnız Rusiya Prezidenti Vladimir Putin dayandıra bilər".

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.

"Putinlə birbaşa danışıqlar ideyası bu gün də, hətta Buça və Kramatorskda baş verən müharibə cinayətlərindən sonra da aktualdır. Savaşın nə vaxt bitəcəyinə yalnız Putin qərar verə bilər. Rusiyada müharibəni dayandıra biləcək başqa qüvvə yoxdur", - o bildirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna danışıqlar heyətinin rəhbəri David Araxamia V.Zelenski ilə V.Putin arasında mümkün görüşün harada və nə vaxt keçiriləcəyinin hələ məlum olmadığını söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026