• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İlon Mask "Twitter"lə məhkəmədə kimin iştirakını istəyir?

DÜNYA

26 Avqust 2022 | 05:20 | Müəllif: Qalib İbrahimoğlu

İlon Mask "Twitter"lə məhkəmədə kimin iştirakını istəyir?

İlon Mask aprel ayında tərəflər arasında razılaşdırılmış şərtlər çərçivəsində Twitter-in alınmasından imtina etməyə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu istiqamətdə Maskın vəkilləri məhkəmə üzərindən Twitter-in keçmiş direktoru Jack Dorseyin prosesdə iştirak etməsini tələb ediblər. Onlar Jack Dorseydən Musk ilə arasında sosial şəbəkənin alınması və fake istifadəçi hesablarının ümumi sayı ilə bağlı olmuş yazışmaları və sənədləri təqdim edilməsini istəyirlər. Jack Dorsey keçən ilin noyabr ayına kimi Twitter-in direktoru vəzifəsində çalışmışdı. Bu ilin may ayında sosial şəbəkənin direktorlar şurasını tərk etmişdi.

 Maskın vəkilləri onun Dorsey ilə olmuş yazışmaları məhkəmə prosesində istifadə etmək niyyətindədirlər. Bu üsul ilə onlar Maskın mövqeyini daha tutarlı etmək istəyirlər. Bundan əlavə olaraq bu üsul ilə Maskın vəkilləri Dorseydən Twitter-in gündəlik aktiv istifadəçi kütləsinin statistikası barəsində məlumatları əldə etməyə çalışacaqlar. Maskın fikrincə sosial şəbəkənin öz ümumi platformasındakı fake istifadəçi hesablarının ümumi sayı barəsində təqdim etmiş olduğu məlumat həqiqəti əks etdirmir.

Buna görə də o, Twitter-in 44 milyard dollara alınması fikrindən daşınmaq niyyətindədir. Mask və Dorsey Twitter-in ümumi inkişaf yolundakı bəzi məsələlərdə ortaq fikirlər səsləndiriblər. Aprel ayında Mask Twitter-i almağı düşünən zaman məhz Dorsey ilə bu məsələ ilə bağlı məsləhətləşib. Dorsey isə öz növbəsində dəfələrlə qeyd edib ki, Mask sosial şəbəkə üçün yeganə ən yaxşı qərardır (technote.az). Qeyd etmək lazımdır ki, Mask ilə Twitter arasında məhkəmə prosesi oktyabr ayında baş tutacaq və həmin ayda da yekunlaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026