• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Rusiyanın 4 hərbi təyyarəsi vuruldu - YENİLƏNİB

DÜNYA

24 Sentyabr 2022 | 22:21

Rusiyanın 4 hərbi təyyarəsi vuruldu - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 4 hərbi təyyarəni vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, HHM qüvvələri gün ərzində 1 ədəd Su-25, 2 ədəd Su-30, 1 ədəd Su-34 təyyarəsi, 5 PUA və 1 qanadlı raketi vurub.

Artilleriya bölmələri isə 4 idarəetmə məntəqəsi və 4 silah anbarını, 3 HHM mövqeyini dağıdıb.

*** 21:12

Ukraynanın Desant-hücum qoşunları Rusiyaya məxsus 2 hərbi təyyarəni vurub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Desant-hücum qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Desant-hücum briqadası bir zirehli Su-25 bombardmançısını və bir dördüncü nəsil Su-30 qırıcısını vurub.


SON XƏBƏRLƏR

18 Mart 2024