• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran 3 milyard dollardan çox zərərə düşdü

DÜNYA

24 Oktyabr 2022 | 20:53 | Müəllif: Subhan Mahmudov

İran 3 milyard dollardan çox zərərə düşdü

Etirazlar və iğtişaşlar səbəbindən İranda internetin bloklanmasının ölkəyə vurduğu zərər Ticarət və Sənaye Palatasının təxmin etdiyindən xeyli çoxdur.

Bunu İran Sənaye və Ticarət Nazirliyinin Xarici Əlaqələr Komissiyasının sədr müavini İrina Sina Tağızadə bildirib.

O deyib ki, Palata internetin bloklanmasının vurduğu zərəri düzgün qiymətləndirməyib. Belə ki, təsirə məruz qalan bir çox fərd və şirkətlər nəzərə alınmayıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, qeydə alınmayan zərərçəkmişlər arasında əvvəllər İrana investisiya yatırmış şirkətlər, həmçinin İranda və xaricdə nümayəndəlikləri olan firmalar da var. Onlar alıcılarla internetin bloklanması səbəbindən əlaqə saxlaya bilmirlər.

Bundan əlavə, digər ölkələrdə anbarları olan şirkətlər öz məhsullarının qalıqlarını onlayn yoxlamaq imkanlarını itiriblər.

İran rəsmisi qeyd edib ki, itkilər artıq 3 milyard dollardan çoxdur və bloklamanın davam etməsi bir çox şirkətlərin iflasına gətirib çıxaracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026