• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

KTMT-nin Baş katibi dəyişdi

DÜNYA

23 Noyabr 2022 | 17:27

KTMT-nin Baş katibi dəyişdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişib.

Bakıvaxtı.az  “Sputnik Armania”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.

O bildirib ki, Stanislav Zas KTMT-nin Baş katibi kimi üçillik fəaliyyətini başa vurub: “Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026