“Xaricdə yaşayan, təhsil alan azərbaycanlılar aktiv şəkildə öz əhatəsində məlumat yayımı etməlidir. Bu ən effektiv təsir vasitəsidir hazırda...”
Bakıvaxtı.az xəbər verir ki, bunları texnobloqer Fərid Pərdəşünas deyib.
Texnobloqer informasiya müharibəsində uğurlu olmaq üçün hansı qaydalara əməl edilməli olunduğunu qeyd edib: "İnformasiya müharibəsində geriləməmiz var. Bəzi qaydalara əməl etməliyik: - dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, xaricdə olan səfirlik əməkdaşları, diaspor nümayəndələri paylaşımlarını və fikirlərini 3 dildə yayımlamalıdır.
- Xaricdə yaşayan, təhsil alan azərbaycanlılar aktiv şəkildə öz əhatəsində məlumat yayımı etməlidir. Bu ən effektiv təsir vasitəsidir hazırda.
- Düşmən tərəfin mövqeyini dəstəkləyən xarici diplomatların səhifələrində aktiv və məntiqli şəkildə cavablar verilməlidir. Söyüş, nifrət nitqi, müharibə çağırışları etmək qəti qadağandır. - Sosial media platforması olaraq Twitter hesablarınızı yenidən aktivləşdirmək məqsədə uyğundur. İnformasiya müharibəsinə nələr aid deyil?
- Azərbaycan dilində məlumatları yerli informasiya resurslarında tirjalamaq.
- Nifrət nitqləri, müharibə çağırışları, düşmən tərəfi alçaltmaq. (belə hallarda profiliniz bloklanacaq)
- Düşmən tərəfin media məlumatlarına istinad.
- Qısa video yayım platformalarında ağlamalı musiqi ilə videolar paylaşmaq.
- Düşmənin itkiləri olan video görüntüləri "Telegram" kanallarında yaymaq və tirajlamaq".
Aytac Aslan
















