• Bakı 14° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“İnter” Lukakunu “Çelsi”yə qaytarır

İDMAN

15 Mart 2023 | 20:12 | Müəllif: Subhan Mahmudov

“İnter” Lukakunu “Çelsi”yə qaytarır

“İnter” “Çelsi”dən icarəyə götürdüyü Romelu Lukakunu transfer etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milan klubunun baş direktoru Cüzeppe Marotta məlumat verib.

“İcarə yalnız bir mövsümlükdür, ona görə də Romelu bizim üçün nə qədər yaxşı oynasa da, iyunun 30-da “Çelsi”yə qayıdacaq. Bu mövsüm qeyri-adi oldu. Dünya çempionatının qışda keçirilməsini nəzərdə tuturam. Lukaku bu turnirdə ən yaxşı formada deyildi. O, hələ də son illərdə olduğu optimal formasına qayıda bilməyib”, - deyə Marotta bildirib.

“İnter” Lukakunu 2022-ci ilin iyulunda “Çelsi”dən icarəyə götürüb. 29 yaşlı hücumçu bu mövsüm A Seriyası klubunun heyətində 18 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026