• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İran səkkiz ölkəyə dəniz ittifaq yaratmağı təklif etdi

DÜNYA

25 Sentyabr 2023 | 21:38 | Müəllif: Subhan Mahmudov

İran səkkiz ölkəyə dəniz ittifaq yaratmağı təklif etdi

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Fars körfəzinin səkkiz sahilyanı dövlətinə regional təhlükəsizliyi təmin etmək üçün dəniz ittifaqı yaratmağı təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Kontr-admiral Əli Rza Tanqsirinin sözlərinə görə, Körfəz ölkələri səkkiz dövlətin ittifaqı çərçivəsində qarşılıqlı əməkdaşlıq yolu ilə regional təhlükəsizliyi təmin etməyə qadirdir:

“Dəniz ittifaqı region xalqlarının sülh şəraitində yaşamasına kömək edəcək. Kənar şəxslər regionda qanunsuz mövcudluğuna haqq qazandırmaq üçün iranofobiyaya təhrik edirlər. Xarici hərbi qüvvələr silah satmaq və neft ehtiyatlarını talamaq məqsədilə bölgədə yerləşirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026