• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Enerji təchizatının şaxələndirilməsi gündəmdə qalır" - Paşinyan

DÜNYA

25 Oktyabr 2023 | 19:21 | Müəllif: Subhan Mahmudov

"Enerji təchizatının şaxələndirilməsi gündəmdə qalır" - Paşinyan

"Mövcud İran-Ermənistan qaz kəmərinin gücü yalnız qismən istifadə olunur və Tehranla qaz müqabilində elektrik enerjisi müqaviləsi bu yaxınlarda 2030-cu ilə qədər uzadılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında “Mülki müqavilə”nin deputatı Akop Aslanyanın İrandan qaz nəqlinin, o cümlədən tranzit nəqlinin artırılması imkanları ilə bağlı sualını cavablandırarkən deyib.
Mövcud İran-Ermənistan qaz kəmərinin gücündən yalnız qismən istifadə olunur, deyən baş nazir qeyd edib ki, bu yaxınlarda iranlı tərəfdaşlarla elektrik enerjisinin qaz təchizatı sxeminin 2030-cu ilə qədər uzadılmasına dair saziş imzalanıb.

“Enerji infrastrukturunun inkişafı, o cümlədən enerji mənbələrinin şaxələndirilməsi də gündəmdədir.Əlbəttə, müasir enerji təkcə neft və qaz deyil, onlar da çox vacibdir və biz onların tədarükünü təmin edən tərəfdaşlarımıza minnətdarıq”, - baş nazir əlavə edib.
Qeyd edək ki, “qaz üçün elektrik enerjisi” sxemi üzrə hazırkı müqaviləyə əsasən, Ermənistan hər 3 kilovat-saat elektrik enerjisinə görə İrandan 1 kubmetr qaz alır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026