• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azad ediləcək fələstinli məhbusların SİYAHISI

DÜNYA, CƏMİYYƏT

24 Noyabr 2023 | 17:22

Azad ediləcək fələstinli məhbusların SİYAHISI

İsrail Həbsxanalar İdarəsinə bu gün azad ediləcək 39 fələstinli məhbusun siyahısı daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Məlumata görə, məhbusların buraxılmasına hazırlıq işləri artıq başlayıb. Azad ediləcək məhbusların hamısı yeniyetmə və qadınlardan ibarətdir. Məhbuslar ilk öncə İordan çayının qərb sahilində yerləşən həbsxanaya gətiriləcək və buradan evlərinə qayıdacaqlar.

Xatırladaq ki, bir qədər əvvəl Qəzza zolağında HAMAS ilə İsrail arasında 4 günlük müvəqqəti atəşkəs razılaşması əldə olunub. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.

Qeyd edək ki, bu gün İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb. Atəşkəsin qüvvəyə minməsindən 15 dəqiqə sonra İsraildə hava həyəcanı siqnalı səslənib./Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR