Sosial media fenomeni Reşit Bozdağ saxlanlıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Reşit Bozdağ Kiprə uçmaq üçün getdiyi hava limanında PKK/KCK silahlı terror təşkilatı üzvü olduğu üçün axtarışda olduğundan saxlanılıb.
Sosial mediada paylaşdığı pul tayları ilə gündəmə gələn Reşit Bozdağ qatıldığı evlilik proqramı ilə tanınan sevgilisi Melis Buse Betkayanla birlikdə Kiprə tətilə getmək üçün İstanbul Hava Limanına gedib. Polis şəxsiyyət yoxlama məntəqəsindən keçən Bozdağın məlumatlarını yoxlayaraq onun PKK/KCK silahlı terror təşkilatına üzv olmaq cinayətinə görə axtarışda olduğunu müəyyən edib.
Hadisə ilə bağlı İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinə məlumat verən qruplar şübhəlini polis bölməsinə aparıb.
Murad Məmmədli

















